42 yaşlı aktrisa yeni filmi üçün bu kökə düşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Hollivudun ən cazibədar aktrisalarından Çarliz Teronu yeni filmi "Tully"də tam fərqli obrazda görəcəyik.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, güclü və baxımlı qadın obrazları ilə hər kəsi özünə heyran qoyan aktrisa bu dəfə rolu üçün çirkinləşməkdən çəkinməyib. Yaxında təqdim edilməsi gözlənilən filmdə aktrisa 2 uşaq anasını canlandırır. O kök və baxımsızdır. Filmdən ilk görüntülər yayımlandıqdan dərhal sonra Çarliz Teron Hollivudun ən çox müzakirə etdiyi aktrisa oldu.
Xatırladaq ki, aktrisa daha öncə rol aldığı "The monster" ("Cani") adlı film üçün də oxşar addım atmışdı.
Lalə Nəsirova








