"Şaban"ın oğlundan azərbaycanlı nişanlısına toy hədiyyəsi: 5 milyonluq villa
Kateqoriya məlum deyil
"Şaban" obrazı ilə yadlarda qalan, mərhum aktyor Kəmal Sunalın oğlu Ali Sunal azərbaycanlı Nazlı Qurbanzadə ilə ailə qurmağa hazırlaşır.
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, cütlük lüks hotellərdən birində toy edəcək.
23 martda baş tutacaq toy mərasimi jurnalistlərə qapalı olacaq. Evliliyə sayılı günlər qala Ali Sunalın nişanlısını bahalı hədiyyələrə qərq etdiyi deyilir. Aktyor son olaraq 5 milyon lirəyə (təxminən 2 milyon 222 min manat) villa alıb. Ali Sunal toydan dərhal sonra həmin lüks villada yaşamağı planlaşdırır.
Lalə Nəsirova







