Kənan Röyanın gənc sevgilisi barədə: "Buna milyon faiz əminəm"
Sfera.az bildirir ki, Röya hazırda Türkiyədə olduğundan Yenicag.az onun yaxın dostu Kənan Bayramovla əlaqə saxlayıb.
Kənan məsələ ilə bağlı bunları deyib:
"Telman Röyadan çox kiçikdir, uşaqdır. Demirəm ki, insan özündən yaşca kiçik adamla sevgili ola bilməz. Sadəcə olaraq, Roya ilə Telmanın sevgili olması xəbəri yalandır. Mən bunu yüz yox, milyon faiz əminliklə deyirəm. Röyanın o oğlanla yayılan fotosu dostlarımızdan birinin doğum günündə çəkilib. Telman bizim çevrənin yaxın dostudur. Təkcə Röya ilə deyil, digər dostlarımızla da münasibəti var. Qaldı ki, "Ağ tük” filminin təqdimatına qatılmasına, onu qala gecəsinə Emil Bədəlovla Hacı Nazim dəvət edib”.
Qeyd edək ki, xəbəri yayan "Qafqazinfo”nun məlumatına görə, sənətçi general oğlu ilə çəkdirdiyi bir neçə şəkli "instagram” səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var.






