Logo

Məmmədova bacıları mərhum ataları haqda: “Yoxluğun o qədər acıdır ki...”

Məmmədova bacıları mərhum ataları haqda: “Yoxluğun o qədər acıdır ki...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları mərhum ataları Zakir Məmmədovla bağlı xatirələrini bölüşüblər.

Sfera.az xəbər verir ki, bacılar ataları ilə fəxr etdiklərini deyiblər:

"Sənin övladlarına verdiyin tərbiyə misilsizdir. Biz övladların səninlə həmişə fəxr etmişik. Mənim ürəyi gözəl atam, hamının hörmətini qazanmışdın. Bütün el-oba qonaqpərvərliyinlə, sənətinlə, zurna və davul ifaçılığınla səni tanıyıb sevirdi. Varlığın gözəl idi, yoxluğun da o qədər acıdır ki... Yerin cənnət olsun”.

Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədova bacılarının atası Zakir Məmmədov martın 5-də dünyasını dəyişib. Həkimlər onun infarkt keçirdiyini deyiblər.(aznews.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR