Xərçəngin qurbanı olan MƏŞHURLARIMIZ - FOTOLAR
Sfera.az bu həmin məşhurlardan bəhs edəcək:
Ələsgər Məmmədoğlu

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.
Xanım Qafarova

Əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova uzun müddət süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında bu xəstəlik səbəbilə dünyasını dəyişib.
Gülnar Salmanova

Gözəl aktrisamız, əməkdar artist Gülnar Salmanova da 2015-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.
Rafiq Hüseynov

Xərçəngdən xəstəliyindən əziyyət çəkən xalq artisti Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da müalicə aldığı Almaniyada dünyasını dəyişib.
Şahin Zəkizadə

Rejissor Şahin Zəkizadə 2017-ci ilin 16 fevralında qan xərçəngindən vəfat edib.
Muxtar Rəsuloğlu

Uzun müddət xərçəng xəstələyindən əziyyət çəkən azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu müalicə olunduğu Akdeniz Universitetinin Xəstəxanasında 2017-ci il 13 iyunda vəfat edib.
Ağaxan Abdullayev

Xalq artisti Ağaxan Abdullayev 2016-cı il 26 dekabrda xərçəngdən vəfat edib.
Vaqif Səmədoğlu

Xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu 2015-ci il 28 yanvarda xərçəng xəstəliyindən vəfat edib.
Yusif Səmədoğlu

Səməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu 1998-ci il 17 avqustda xərçəng xəstəliyindən vəfat edib.
Nihat HÜSEYNZADƏ






