“Bu Şəhərdə” dünyanı gəzəcək
Kateqoriya məlum deyil
Martın 8-12-si tarixlərində Heydər Əliyev adına Resublika sarayında "Gəlİn” adlı konsert olacaq. Konsertə son hazırlıq işləri davam edir.
Sfera.az-a bu haqda məlumat verən komandanın prodüseri Müşfiq Abbasov növbəti konsertlərdən də danışıb:
"Martın 6-7-sində Sumqayıtda kosertimiz olacaq. Martın 8-12-si tarixlərində isə Bakıda "Gəlİn” adlı konsertimiz olacaq. Bakıdakı konsert həftəsi yekunlaşdıqdan sonra Naxçıvan və Qəbələyə gedəcəyik. Burada da konsert proqramı ilə çıxış edəcəyik. Aprel aynda isə Rusiyada Kirəbic şəhərində konsertimiz baş tutacaq. İlin sonunda isə London konsertimiz baş tutacaq. Artıq müqavilə də bağlamışıq. London konsertimiz hələlik bir gün nəzərdə tutulub”.
Nigar Məhərrəm
Sfera.az






