Tarantinodan Bred Pitt və Leonardo Di Kaprio SÜRPRİZİ
Kateqoriya məlum deyil
Bred Pitt və Leonardo Di Kaprio ilk dəfə tərəf müqabili olacaqlar.
Sfera.az "Hollywood Report"-a istinadən xəbər verir ki, qalmaqallı rejissor Kventin Tarantino yeni layihəsinə - "Bir dəfə Hollivudda” (Once Upon a Time in Hollywood) bu iki superulduzu çəkmək niyyətindədir.
Yeni film 2019-cu ildə ekranlara çıxacaq. Hadisələr 1969-cu ildə Los-Ancelesdə cərayan edəcək.
İki baş qəhraman, "vestern" filmlərinin keçmiş ulduzu (Di Kaprio) və onun dublyoru (Bred Pitt) Hollivudda yeni şəraitə alışmağa çalışırlar.
Onların yaşadığı evdə məşur qonşuları isə Şeron Teytdir.
Qeyd edək ki, Şeron Teyt rejissor Raman Polanskinin həyat yoldaşı olub və manyak Çarls Menson tərəfindən öldürülüb.
Film 8 avqust , 1969-cu ildə baş vermiş bu faciəyə həsr olunub.






