Logo

Xoşqədəmi "Facebook"da belə təqdim etdilər: Masaj xidməti...

Xoşqədəmi "Facebook"da belə təqdim etdilər: Masaj xidməti...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məhşur teleaparıcı Xoşqədəm Hidayətqızı "Facebook" sosial şəbəkəsində xoşagəlməz halla üzləşib.

Sfera.az xəbər verir ki, adı çəkilən sosial şəbəkədə "Masaj xidməti (Tibbi və rahatladıcı professional masaj xidməti)" adı altında yaradılmış qrupda Xoşqədəm Hidayətqızının fotosu verilib. Belə ki, telejurnalist qrupun profil və örtük şəklini bəzəyib. Xoşqədəm Hidayətqızının adından saxta profillər açan şəxslər həmin qrupda bəzi xoşagəlməz sözlər yazıblar.

Təbii ki, qrup insanlar tərəfindən qınaq obyektinə çevrilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev isə məsələyə bu sözlərlə münasibət bildirib:

"Bu formada böhtan və təhqirə görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Bununla yanaşı xanım mülki qaydada iddia qaldıraraq həmin şəxsdən mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edə bilər. Bunu etmək lazımdır. İnternet dövrüdür, bu cür hallar getdikcə artır. Belə şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmalıyıq. Mənim icraatımda oxşar bir məsəslə var. Bir şəxs barəsində təhqiredici materiallar paylaşılıb. Hazırda araşdırma aparılır. Var gücümlə qanunun verdiyi bütün imkanlardan istifadə edərək həmin şəxsi cinayət məsuliyyətinə cəlb etməyə çalışıram. Bu cür insanlar qanuni cəzalarını almalıdırlar”.

Nihat HÜSEYNZADƏ

Xoşqədəmi "Facebook"da belə təqdim etdilər: Masaj xidməti...

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR