Azərbaycanın “Eurovision-2018” mahnısı bazar günü təqdim ediləcək
Kateqoriya məlum deyil
Azərbaycanı "Eurovision” mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.
Sfera.az bildirir ki, Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq. (Report)






