Logo

Serial ulduzu sevgilisini döydü, polisə düşdü

Serial ulduzu sevgilisini döydü, polisə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir zamanlar populyar olan "Melrose Place” serialının ulduzu, kinoaktrisa Xizer Loklir yenidən medianın gündəminə düşüb.

Sfera.az  "Spletnik”ə istinadən xəbər verir ki, Kaliforniya polisi onu zorakılıq etməkdə günahlandıraraq fevralın 25-də həbs edib.

Sevgilisini döyən 56 yaşlı aktrisa evə daxil olan polislərə də hücum çəkib.

O, dünən 20 min dollar girov qarşılığında azadlığa buraxılıb.

Bu Xizerin düşdüyü ilk qalmaqal deyil. 2008-ci ildə polislər onu sükan arxasında sərxoş yaxalamışdı. Qan analizi göstərmişdi ki, onun qanında alkoqol yoxdu. Ancaq aktrisa depressiyadan müalicə alarkən güclü psixotrop dərmanlardan sui-istifadə etmişdi.

Serial ulduzu sevgilisini döydü, polisə düşdü

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR