“O səs Türkiyə”də gözlənilməz ayrılıq - Jürilərdən biri gedir
Kateqoriya məlum deyil
Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə”də jürilərdən biri olan müğənni Gökhan Özoğuz yarışmadan ayrılır.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ifaçı özü açıqlama verib:
"Bu proqrama görə musiqidən uzaqlaşdığımı hiss edirəm. Buna görə də artıq televiziyadan uzaq qalıb, daha çox musiqi ilə məşğul olacağam. Gələn il "O səs Türkiyə” jürisində olmayacam”.
Xatırladaq ki, hazırda yarışmada Gökhan Özoğuzla yanaşı Yıldız Tilbə, Hadisə və Murat Boz jüri olaraq yer alır.







