Mehin Hümbətova: "Atam on dörd güllə ilə..."
Kateqoriya məlum deyil
"Mənim atam 1992-ci ildə Ağdərədə şəhid olub".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova öz "Facebook” hesabında yazıb.
O bildirib ki, Xocalıdakı vəhşiliklərə dünya ictimaiyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
"Nə qədər qəribə səslənsə də, hər dəfə Xocalıya aid kadrlara baxanda Allahıma min şükr edirəm ki, nə yaxşı o, əzabsız, mərdi-mərdanə vuruşaraq 14 güllə yarası ilə şəhid olub. Nifrət hissimi anlada biləcək nitqə sahib deyiləm... Kadrların təsirindən boğazım düyünlənib...
Allahım, necə səssiz qalırsan bu zülmə?! O görüntülər əsrlərlə bizə lazım olacaq! Qarabağı geri alsaq belə, bu görüntüləri gələcək nəsilə ötürməliyik. Nəvə-nəticələrimiz də bilsinlər ki, tarix boyu soyumuza hansı əzabları yaşadıblar!”






