Aygün Mədət Quliyevin oğlu ilə bir araya gəldi – FOTO

10:44 / 16.02.2018
3143
Xalq artisti Aygün Kazımova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə görüşüb.


Sfera.az xəbər verir ki, "Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir araya gəldiklərini deyən xalq artisti birgə çəkilmiş fotolarını şəxsi İnstaqram hesabında paylaşıb:
"Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan 24 fevral 2018-ci il tarixdə DTX-nin mədəniyyət mərkəzində "Qarabağın səsi” adlı gecədə sərgilənəcək rəsm əsərləri artıq münsiflər tərəfindən seçilib. Tədbirin təşkilatçısı Murad Qulubəylidir”.

