Əməliyyat olunan Kadir İnanırdan xəbər var
Kateqoriya məlum deyil
Ötən gün beyninə qan sızan və dərhal əməliyyat olunan türk kinosunun yaşayan əfsanəsi Kadir İnanırın səhhətinin yaxşı olduğu bildirilib.
Sfera.az "Habertürk"ə istinadən bildirir ki, bu barədə aktyorun həkimi məlumat verib.
Həkimin sözlərinə görə, aktyor hazırda reanimasiyadan çıxarılıb. O, normal şəkildə danışa və hərəkət edə bilir.
"Risk faktorları ilə bağlı Kadir bəyi daha bir neçə gün xəstəxanada qonaq edəcəyik", deyə həkim qeyd edib.






