Logo

Zenfira: "Gərək ərimə 1 il həbs verərdilər"

Zenfira: "Gərək ərimə 1 il həbs verərdilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ARB TV-nin efirinə gedən "Səhər-səhər” verilişinə qonaq olan müğənni Zenfira İbrahimova həyat yoldaşı Anar Heybətovun həbsindən söhbət açıb. 

Sfera.az-ın məlumatına görə, aparıcı Elgiz Əkbər sənətçiyə bununla bağlı suallar ünvanlayıb. Zenfira bildirib ki, əri 20 gün həbsxanada qalıb:

"Həyat yoldaşım birinci dəfə 20 günlük həbs olundu. Sürət həddini aşaraq qanuna qarşı gəlmişdi. Elə yaxşı edib, onu həbs etdilər. Gərək ona elə 1 il həbs verərdilər. Amma ikinci dəfə yayılan həbs xəbəri yalan idi”.

E.Əkbər isə müğənniyə "Yaxşı olub həbs ediblər, xətrinə dəyməsin. Kim olur-olsun, qanunu pozan gözümün düşmənidir", deyib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR