Logo

Kamran İsrafilovun cəsədi ekspertizaya aparıldı

Kamran İsrafilovun cəsədi ekspertizaya aparıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İctimai” TV-də uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov dünyasını dəyişib.

Sfera.az bildirir ki, yaxınları Yenicag.az-a bildirib ki, Kamranın səhər saatlarında anidən halı pisləşib:

"Təcili yardım maşını çağrılsa da, gec olub. Qardaşı xaricdə yaşayır, ona da xəbər verdik. Gəlir, yoldadır. Anası da ağır xəstədir, bu itkiyə necə tab gətirəcək bilmirik”.

Qeyd edək ki, Kamranın 8 yaşlı bir oğlu var.

Dəfn mərasimi sabah baş tutacaq. Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunacaq.

K. İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

P.S. Aldığımız məlumata görə, bu dəqiqələrdə mərhumun cəsədi ekspertiza olunmaq üçün  evindən aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR