“Fəlakət” evlənir: Toy tarixi dəqiqləşib
Kateqoriya məlum deyil
"Bozbaş Pictures” komandasının "Fəlakət”i, tanınmış aktyor Elşən Orucov yaxın günlərdə toy etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə aktyor Oxu.Az-ın suallarını cavablandırarkən məlumat verib.
O deyib ki, mart ayının ilk həftəsində toy edəcək:
"Toy tarixi dəqiqləşib. Martın 5-i toyumdur. Hazırlaşıram”.
Qeyd edək ki, E.Orucov sentyabr ayında gizli şəkildə İlahə adlı xanımla nişanlanıb. İlahənin ATV-də çalışdığı deyilir. Onların toyu paytaxtın dəbdəbəli məkanlarından birində olacaq.






