Təranə Qumraldan ŞOK AÇIQLAMA: Nazənin, Cabbar, Şəbnəm və...
Day.Az Media24.Az-a istinadən Zaur Kamalın müğənni ilə sual-cavabını təqdim edir:
Musa və Təranə xanım küsülü olsa, kimlər sevinər?
Bilmirsən kimlər sevinər? Sən özün gözəl bilirsən, kimlər sevinər.
Sual verirəm, mənə cavab ver....
Təbii ki, qonşularım yox, şou aləmi sevinəcək.
Neçə nəfər sevinər?
Təxminən 5-6 nəfər olar.
Adlarını da bilirsiz?
Sən özün məndən yaxşı bilərsən, ay Zaur...
Mən heç nə bilmirəm. Kimlər sevinə bilər?
Mən ad deyən kimi, jurnalistlər yazacaq. (gülür) Biz küsülü olsaq yəqin ki, Cabbar Musayev sevinər, Könül Kərimova, Nazənin və Şəbnəm sevinər.
Onların nə dərdinə ki, Təranə və Musanın dalaşmağına sevinsinlər?
Deyəcəm nə dərdinə, sonra başqa sual verəcəksən. Ona görə də, burda saxlayıram. (gülür).
Qohumlar arasında düşmənin çoxdur, yoxsa yadlar?
Qohum və yadlar arasında nə düşmənim var, nə də, rəqibim.






