"Mən o aləmlə tamam qurtarmışam" - Əməkdar artistdən İNANILMAZ ETİRAF - FOTO
Kateqoriya məlum deyil
Dünən "Sayqa ilə bu axşam" verilişinin qonağı olan əməkdar artist Çingiz Əhmədov mərhum sənətkar Aslan İlyasov ilə bağlı xatirəsini bölüşüb.

Milli.Az aktyorun sözügedən açıqlamasını təqdim edir:
"7-8 il bundan qabaq biz bir tədbirə düşdük. Getsin o günlər. Mən tamam qurtarmışam o aləmlə. Mənə qayıtdı ki, "Çina, içkini qoy qırağa. O heç kəsə xeyir gətirməyib". Özüm özlüyümdə düşündüm ki, bu özü yeyib-içən oğlandı. İndi mənə niyə elə deyir. İndiyə kimi beynimdə saxlayıram ki, demək istəyib ki, "Cavansan. İndidən qurtar bu aləmlə. Mən ondan sonra o içki aləminə nifrət etdim. Onu sovet dövründən tanıyırdım. Kişi qeyrətli insan idi".
Sfera.az






