Logo

Röya məhkəməyə verdi, Aygün Bəylər və nümayəndəsi gəlmədi -VİDEO

Röya məhkəməyə verdi, Aygün Bəylər və nümayəndəsi gəlmədi -VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Səbail rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Sfera.az APA-ya istinadən xəbərinə görə, hakim Zaur Əliyevin sədrlik etdiyi iclasda anket məlumatlar dəqiqləşdirilib.

A. Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi məlum olub.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, R. Ayxan A. Bəylərin "ARB” telekanalının "Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.

R. Ayxan həmkarından 50 min manat təzminat və A. Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR