Könül Xasıyeva həyat yoldaşından danışdı: \"Ayrıldıq, ona arvadlıq edə bilmirəm\"

Könül Xasıyeva həyat yoldaşından danışdı: \
 Xalq artisti Könül Xasıyeva ilk dəfə həyat yoldaşından danışıb.
 
Hazırda onurğa iflicindən əziyyət çəkən xanəndə "Səni axtarıram” verilişində deyib ki, ərindən ayrılıb. O, aparıcının "Çətin gününüzdə qohumlar sizə dəstək oldu" sualına belə cavab verib:
 
"Mənəvi cəhətdən hamı yanımda oldu. Maddiyə gəldikdə isə... Həmişə hamısını mən maliyyələşdirmişəm. Nəslin "maliyyə naziri" olmuşam. 9 uşaq oxutmuşam. Buna görə də gec ailə qurdum. Ömrümü uşaqlara həsr etdim. Çünki görürdüm ki, uşaqlar da bacı-qardaşım kimi oxuya bilməyəcək.
 
Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi. Oğlum Kazım da atasıyla nəfəs alır”.
 
axsam.az

OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...