Bir neçə gün əvvəl ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonağı olan Üzeyir Mehdizadənin ifası sosial şəbəkədə müzakirəyə səbəb olub.

GoldNews.az xəbər verir ki, hər zaman oxuduğu mahnılar bayağı adlandırılaraq tənqid edilən müğənini Mirzə Babayevin "Kimlər gəldi, kimlər getdi" mahnısını ifa edib. Onun ifası böyük rəğbətlə qarşılanıb.

Sözügedən kadrları sizə təqdim edirik.