Logo

"Sən necə kişisən?! Sabah küçəyə necə çıxacaqsan?" - Nadir Qafarzadədən efirdə SƏRT AÇIQLAMA - VİDEO - FOTO

"Sən necə kişisən?! Sabah küçəyə necə çıxacaqsan?" - Nadir Qafarzadədən efirdə SƏRT AÇIQLAMA - VİDEO - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonaqlarından biri müğənni Nadir Qafarzadə olub.

Milli.Az xəbər verir ki, verilişin aparıcısı Elgiz Əkbər "Belə bir məsələ çıxıb ortaya, hamı çalışır tanınsın, onu göstərsinlər. Bu məsələyə necə baxırsınız?" sualı ilə müğənni qonağına müraciət edib.

Nadirin cavabını təqdim edirik:

"Son zamanlar efirlərdə sosial verilişlərin sayı artıb. İnsanlar evlərində nə oldu, üzr istəyirəm, necə yatır gəlib danışır: "Arvadım üzünü o tərəfə çevirib yatdı, mən bu tərəfə yatdım" və yaxud "Arvadım pəncərədən qaçdı. Onu axtarmağa mənə kömək edin".

Bilirsinizmi, ev sirrini ictimailəşdirmək olmaz. Evdə nə olursa o evdə də qalmalıdır. Ərlə arvad arasında nə olubsa, onu sən, mən bilməməliyik. Bəs sən kişi sabah küçəyə necə çıxacaqsan? Özü də gəlib efirdə elə kişi kimi oturur ki, "Ay camaat, mənə kömək edin arvadımı geri gətirim. Hardadırsa, razıyam". Elə şey olmaz axı. Bəs mənim oğlum, sənin uşağın onlardan nə dərs götürəcək?!".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR