Logo

Oksana Elşad Xose tərəfindən "döyülməsindən" DANIŞDI

Oksana Elşad Xose tərəfindən "döyülməsindən" DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

loading...

Sfera.az xəbər verir ki, bu iddia ilə "Qafqazinfo.az” saytı çıxış edib. İddiaya görə reperin saxlanılmasına keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyməsi səbəb olub.

Lakin, yenicag.az saytına açıqlama verən cazibədar rəqqasə xəbəri təkzib edib:

"Bu cür sarsaq xəbərləri kim yazır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR