Logo

"Qılman doktor"a "Bentley" hədiyyə olunub?

"Qılman doktor"a "Bentley" hədiyyə olunub?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Maşın şou”nun iştirakçısı olmuş aktyor İlkin Misgərlinin Yenicag.az-a zarafatla söylədiyi "bir gözüm telefondadı: elə bilirəm ki, kimsə zəng edib, mənə avtomobil hədiyyə edəcək” çağırışı özünü cox gözlətməyib. Ona bahalı avtomobil hədiyyə olunub.

Sfera.az xəbər verir ki, yenicag.az-a açıqlama verən İ. Misgərli xəbəri təsdiqləyib. 

Dediyinə görə, bu barədə daha ətraflı axşam saatlarında "Maşın şou”nun efirində danışacaq:

"Amma kimin bağışladığını deməyəcəm. Düzdür, mən maşın sürə bilmirəm, lakin tezliklə öyrənəcəm. O maşın məni çox uzaqlara aparacaq”.

Əldə etdiyimiz məlumata görə, aktyora avtomobili "Bozbaş pictures” komandasına yaxın olan iş adamlarından biri bağışlayıb. O ki qaldı maşının markasına… Aktyor yarızarafat-yarıciddi ona bağışlanan maşının "Bentley” olduğunu dedi.

Təbii ki, biz də aktyora "Bentley”in hədiyyə olunmasını istərdik. Amma bunun nə dərəcədə doğru olub-olmayacağı bu axşam bilinəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR