Logo

Tanınmış Bakıda faciəvi şəkildə ölüb

Tanınmış Bakıda faciəvi şəkildə ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.

Sfera.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, "Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar” ləqəbi verilib.

Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR