Logo

​Maşın şoudan YENİ XƏBƏR - Xatun mübarizəni davam etdirdiyini bildirib - FOTOLAR

​Maşın şoudan YENİ XƏBƏR - Xatun mübarizəni davam etdirdiyini bildirib - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu gün ATV-də yayımlanan "Maşın" realiti şousunun qalibinin müğənni Talıb Talenin olması ilə bağlı xəbər yayıldı.

Metbuat.az xəbər verir ki, bundan sonra müğənninin sosial şəbəkə hesabında məlumat paylaşıldı. Məlumatı paylaşan şəxsin müğənninin özü olmadığı bilinir. Məlumatda deyilir ki, "Talıbdan hələlik heç bir xəbər yoxdur".

"Çoxlu mesajlar gəlir. Həqiqətən, bizdə heç bir məlumat yoxdu. Biz də sizin kimi xəbərləri izləyirik. Diqqətinizə görə təşəkkür edirik".

​Maşın şoudan YENİ XƏBƏR - Xatun mübarizəni davam etdirdiyini bildirib - FOTOLAR

Bundan əvvəl isə digər yarışmaçı, müğənni Xatun Əliyeva instaqram hesabında paylaşım edib. O, mübarizəni davam etdirdiyini bildirib:

"Dəyərli xalqım, dualarınızı əsirgəməyin. İnşallah, qalib olub, görüşünüzə yeni maşınımla gələcəm".

​Maşın şoudan YENİ XƏBƏR - Xatun mübarizəni davam etdirdiyini bildirib - FOTOLAR

Bu məqam izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri əslində, xəbərin bilərəkdən ötürüldüyünü, sürpriz sonluğa xidmət etdiyini düşünürlər. Yəni, Talıb yayılan xəbərlərdə qalib göstəriləcək, veriliş əsnasında isə Xatun qalib olacaq.

Bu arada bir məqama da diqqət çəkmək istərdik. Şou ilə bağlı keçirilən mətbuat konfransında aparıcı Murad Dadaşov "Budəfəki qalibin xanım olacağını güman edirəm" demişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR