Logo

Günel nişanlısından ayrılması xəbərlərinə son qoydu

Günel nişanlısından ayrılması xəbərlərinə son qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın bacısı Müşərrəfin İstanbuldakı gözəllik salonunun açılış mərasiminə qatılıb. 

Axşam.az-ın məlumatına görə, Günel gecədə media nümayəndələrinin suallarını cavablandırıb.

Sənətçi telekanalların nişanlısı ilə bağlı "Nişanlılıq ərəfəsi çox uzun çəkdi. Hər şey yaxşıdır? Uzun müddət nişanlı qalanda arada problem olur” sözlərinə belə cavab verib və ayrılıq xəbərlərinə son qoyub:

"Allaha şükür hər şey yaxşıdır. Əgər qismətdə varsa, uzun çəkməsinin heç bir problemi olmamalıdır. Bu haqda çox danışmaq istəmirəm”.

Günel daha sonra İbrahim Tatlısəsdən küsdüyünü etiraf edib:

"İbrahim Tatlısəs mənim atam kimidir. Amma ondan incimişəm. Ondan bir mahnısını istədim vermədi. Yıldız Tilbedən mahnı istədim, heç pul almadan verdi”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR