Logo

Aparıcı Aysel ikinci dəfə ərə gedir: Özü Də Görün Kimə - FOTO

Aparıcı Aysel ikinci dəfə ərə gedir: Özü Də Görün Kimə - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Tanınmış aktrisa-aparıcı Aysel Nazim ikinci dəfə ailə quracaq.

Sfera.az
 bu barədə yenicag.az-a istinadla xəbər verir.

"Ürəyim boş deyil, artıq onu fəth edən var. Evlənməyə qərar vermişik, amma hələlik toy vaxtını dəqiqləşdirməmişik. Tələsmək istəmirik. Əsas odur ki, qərarımızda qətiyik”, - deyə o bildirib.

Aysel ailə quracağı şəxsin dostu olduğunu bildirib: "2 ildir ki, dostluq edirik. Xasiyyətimiz tutur. Mənə heç bir qadağası yoxdur, necə varamsa, elə də qəbul edir. Bu dostluq sonda sevgiyə çevrildi, özü də güclü sevgiyə… Bizi bir-birimizdən heç bir qüvvə ayıra bilməz”.

Qeyd edək ki, Aysel Nazim ilk dəfə türk vətəndaşı ilə ailə qurub. Boşanan cütlüyün 8 yaşlı oğlu var.

Aparıcı Aysel ikinci dəfə ərə gedir: ÖZÜ DƏ GÖRÜN KİMƏ - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR