“Əli və Nino” açıq-saçıq "müəllim"ə görə üzr istəyib – Foto
Kateqoriya məlum deyil
"Əli və Nino” kitab şəbəkəsinin Müəllimlər günü ilə əlaqədar paylaşdığı reklam posteri sosial şəbəkələrdə xeyli müzakirəyə səbəb olub.
Buna səbəb posterdəki müəllim obrazının açıq-saçıq görkəmdə təsvir olunmasıdır.
Sözügedən tənqidlərdən nəticə çıxaran kitab şəbəkəsi sosial şəbəkə vasitəsilə posterdəki müəllim obrazına görə üzr istəyib:
"Əziz dostlar, aksiya haqqında qoyulan poster dizaynerin zarafatı idi. Buna görə hamıdan üzr istəyirik!”
Sfera.az






