Logo

Oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı

Oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Müğənni Manaf Ağayev Məhərrəm ayının ilk günündə oğluna toy edib.

Sfera.az azxeber.com-a istinadla bildirir ki, müğənni Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilşində toydan danışıb.
 
O qeyd edib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: "Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı".
 
Bu məqamda qeyd etmək yerinə düşər ki, Məhərrəm ayının ilk günündə oğluna toy edən Manaf Ağayev bir neçə gün öncə mediaya açıqlamasında demişdi:

"Məhərrəm ayı hələ başlamayıb. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir".
 
Göründüyü kimi, müğənni öz dediklərini özü təkzib edib və bildirib ki, toy axşam saatlarına qədər davam edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR