İzzət Bağırova HƏBS ŞOKU - 5 ildən -11 ilədək...
Döyülən şəxs öldüyü təqdirdə hansı hüquqi addımlar atılacaq? Məsələdə İzzət Bağırov məsuliyyət daşıya bilərmi və digər suallar ətrafında BiG.AZ-a danışan vəkil Fazil Namazlı İzzət Bağırovun da məsuliyyətə cəlb olunacağıni bildirdi: "İzzət Bağırovun həbs olunması hansı maddə ilə cinayət işi açılmasından asılıdır. Əgər o döyən şəxslə əlbir olublarsa hadisə zamanı o zaman bir qrup şəxs kimi məsuliyyətə cəlb oluna bilərlər. Bu istintaq orqanının mövqeyindən asılıdır. Əgər İzzət Bağırov hər hansısa bir göstəriş veribsə, təhrik edibsə, bu sübuta yetirilərsə, şahidlərin ifadələrində bu öz əksini taparsa o zaman bəli, Cinayət Məcəlləsinin 126.2-ci maddəsi ilə, yox əgər döyülən şəxs ölərsə o zaman 126.3-cü maddə ilə məsuliyyətə cəlb olunacaq. Bu halda 9-12 il müddətinə azadlıqdan məhrum etmə ilə nəticələnəcək, əgər 126.1 olarsa 5 ildən 11 ilə qədər azadlıqdan məhrum edilə bilər".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az






