Logo

Azərbaycanlı məşhura AĞIR İTKİ

Azərbaycanlı məşhura AĞIR İTKİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Politoloq Qabil Hüseynlinin qardaşı Hüseyn Hüseynov sentyabrın 2-si Tərtərin Seyidli kəndində dünyasını dəyişib.

Sfera.az
bildirir ki, məlumatı təsdiq edən politoloq Qabil Hüseynli qardaşının uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib.

52 yaşında dünyasını dəyişən Hüseyn Hüseynovun ölüm səbəbi şəkərinin qalxması olub.

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycan Dövlət Texniki Universitetinin məzunu idi. Uzun müddət Bakı Soyuducular Zavodunda usta, sex rəisi, baş direktorun birinci müavini və baş mühəndis vəzifələrini icra edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR