Logo

Zaur və Vüqar “Qarabağ”a görə verdikləri vədə əməl etdilər — VİDEO + FOTO

Zaur və Vüqar “Qarabağ”a görə verdikləri vədə əməl etdilər — VİDEO + FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Baxşəliyev "Qarabağ” qalib gəldiyi təqdirdə "Bizimləsən” verilişinin yaradıcı heyətinə qonaqlıq verəcəyini demişdi.

Sfera.az-ın Axşam.az-a istinadən məlumatına görə, "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsindən sonra Zaur vədinə əməl edib. O, dünən komandasına restoranlardan birində qonaqlıq verib. Aparıcı məclisdən videosunu Instagram səhifəsində paylaşıb.

Müğənni Vüqar Muradov da izləyicilərinə verdiyi sözü tutub. O bildirmişdi ki, komandanın qalibiyyət xəbərini eşidəndən sonra ona sosial şəbəkədə mesaj yazan ilk üç izləyicisinin toyunda pulsuz oxuyacaq. Sənətçi qalib olan izləyicilərinin adlarını açıqlayıb və "Verdiyim sözü tuturam. Bu ilk izləyicimin toyunda 1 saat pulsuz oxuyacam” deyə, bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR