Logo

Di Kaprio da Vinçini canlandıracaq

Di Kaprio da Vinçini canlandıracaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur aktyor Leonardo Di Kaprio adaşı olan rəssam Leonardo da Vinçini canlandıracaq.

"Leonardo da Vinçi” romanı əsasında çəkiləcək filmin prodüseri aktyor Di Kaprio özü olacaq. Roman əsasında şəkiləcək filmdə baş rolu aktyorun özü canlandıracaq.

Hələlik filmin çəkilişinə nə vaxt başlanılacağı məlum deyil. Di Kaprio bildirib ki, onun ən böyük arzularından biri həmin rolu oynamaq olub. Bu arzusunu reallaşdıracağı üçün də aktyor həyəcanlı olduğunu bildirib.

Qeyd edək ki, Leonardo Di Kaprionun anası Florensiyada Uffitsi qalereyasını ziyarət edərkən bətnində tərpənən körpəyə məşhur rəssamın şərəfinə Leonardo adı verəcəyini deyib. Aktyor dünyaya gəldikdən sonra onu rəssam Leonardo da Vinçinin şərəfinə Leonardo adlandırıblar.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR