Logo

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, aktrisa Mila Əminə dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, menngit xəstəliyindən əziyyət çəkən aktrisa Türkiyədə xəstəxanada vəfat edib.

Yerli məşhurlar aktrisanın ölümünə biganə qalmayıb. Onunla bağlı fikirlərini bölüşüb.

Prodüser Təranə Səmədova:

"İnanin ki, bayaqdan elə bilirdim bu bir zarafatdır, helə də doğruluğuna inanmıram. Allah rəhmət eləsin, üzüldüm. Ölüm haqdır, hamımız bir gün bu dünyadan köçəcəyik, bu qız özünü aparmaqda ideal olmasa da, insanlara qarşı münasibətində xoş təəssürat bağışlayıb köçdü bu həyatdan. Allah doğmalarına səbr versin. Ölümü unudanlar isə bir daha əmin olsunlar ki, heç kim bu dünyanı tutub durası deyil, çalışıb hörmət və alqış qazanaq".

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI

Aktrisa Cəmilə Tağızadə:

"Mən hələ də inana bilmirəm. Mila sən elə pozitiv, elə həyatsevər, elə mehriban idin ki, heç vaxt derddən, ağrıdan danışmazdın. Allah sənə rəhmət eləsin. Arzuların və istəklərin var idi. Allah günahlarını bağışlasın ailənə. Ən çox da anana səbr diləyirəm. Bizim pozitiv qızımız daha olmayacaq".

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI

Aktrisa Aysel Nazim:

"Mila, niyə biz dostlarını gözü yaşlı qoydun? Səninlə olanda hər zaman gülürdük, indi niyə ağlatdın? Məkanın cənnət olsun, mələk".

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI

Aktrisa Nigar Babayeva:

"Yuxudan oyanan kimi bu nə xəbər idi, mən eşitdim. Mila, bu axı necə ola bilər! Həmişə gülərüz, həmişə pozitiv, heç vaxt problemlerindən heç kimə danışmayan bir insan idin. Sən axı niyə belə tez getdin? Allah sənə rəhmət eləsin. Yerin cənnət olsun".

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI

Müğənni Elvin Babazadə:

"Bu nə xəbərdi gecə-gecə? İnana bilmirəm. Biri doğru, dürüst məlumat söyləsin. Necə oldu axı, həyatı həvəslə sevən bir qız, həyatı belə qəflətən tərk etsin? Mila özün cavab ver, bu xəbərin yalan olduğunu de".

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI

Müğənni Zenfira İbrahimova:

"Day dilim quruyur. Vallah bilmirəm inanım ölümünə, yoxsa inanmayım. Təki yalan olsun. Ay gözəl dost, vaxtsız ölüm xəbərini eşitdim, sarsıldı bütün bədənim"

"Özünü apara bilmirdi, amma ölümünə üzüldüm..." - Şou-biznes Milanın FACİƏVİ SONUNA BELƏ AĞLADI big.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR