Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı
Sərbəst buraxılan məşhurlar arasında türkiyəli müğənni Özcan Dəniz də yer alıb.
Sfera.az xəbər verir ki, ifaçının narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb.
Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sənətçi ittihamları rədd edib.
Təxminən 35 ildir peşəkar fəaliyyətlə məşğul olduğunu bildirən Özcan narkotik vasitələrdən istifadə etmədiyini və bu maddələri qəbul edən şəxslərlə eyni mühitdə olmadığını deyib. O, narkotik satışına və vasitəçiliyinə heç bir aidiyyəti olmadığını vurğulayıb.
Sənətçi əmlakı ilə bağlı da açıqlama verib. O, adına 7-8 daşınmaz əmlakın və bir avtomobilin olduğunu, birjada və ya investisiya fondlarında hesabının olmadığını bildirib.
Özcan təxminən iki ildir ürək xəstəliyi səbəbindən həkim təyinatı ilə dərman qəbul etdiyini də qeyd edib.






