Logo

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aktrisa Yeliz Yeşilmen Instagram-dan qızı Asiya ilə namaz qıldığı zaman çəkilmiş fotosunu paylaşıb.

Sfera.az xəbər verir ki, dırnaqlarındakı boyaları unudan Yeşilmenə sosial şəbəkədə sərt reaksiyalar gəlməyə başlayıb. Təqibçiləri "Dırnaq boyası ilə dəstəmaz alınmır" deyərək aktrisanı biabır ediblər. Başqa bir təqibçisi isə aktrisanın sözügedən paylaşımına: "Bu fəlakətlər, terror, pozğunluq və təhqirlərin üçün bir xəbərdarlıqdır', - şərhi ilə reaksiya verib.

Yeşilmen namaz fotosuna bunları yazıb:

''Yer, göy dua üstündə quruldu. Biz qızımla birlikdə dəstəmaz aldıq, 2 rükət namaz qıldıq və hər zaman olduğu kimi uca yaradana sığındıq. Yaxşı ki, inanclıyam, şükürlər olsun. İnancım olmadan nəfəs ala bilmərəm. Davamlı olaraq dilimdə dualarım var. Gəzərkən, yemək yeyərkən, üzərkən, yatarkən. Bu təbiətin insanlardan intiqam aldığı çətin günlərdə edəcək heç bir şey yoxdur. Tək şey təbii ki, dua etmək, düzgün yaşamaq. Yalandan, qeybətdən uzaq. Alnımızda nə yazılı isə onu yaşayarıq. Hara qaçırıqsa qaçaq, alnımızda nə yazılıbsa odur.
Son illər çətin keçir - terror, fəlakətlər, təcavüzlər... Eh...! arada bir xəbərdarlıq olmalıdır ki, insanlar özünə gəlsin. Ən qorxunc günah birini boş yerə mühakimə etməkdir. Bu hal-hazırda tez-tez edilən səhvdir. Bəli, ideal deyilik bəlkə, amma öz adıma bunu söyləyərəm, inancım mənə yetər. Keçmiş olsun Bodrum və keçmiş olsun İstanbul. Bol dua edib, uşaqlarımıza da öyrədək, xahiş edirəm. Gecəniz xeyirə".

Milli.Az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR