Məşhur, vəzifəli ailələrin gəlini, kürəkəni olan sənət adamlarımız — ARAŞDIRMA
Kateqoriya məlum deyil
Müğənni Elçin Cəfərovun keçmiş deputat, xalq şairi Sabir Rüstəmxanlının qızı ilə nişanlanması xəbəri istər mətbuatda, istərsə də sosial şəbəkələrdə böyük maraqla qarşılandı. Təsadüfi deyil ki, dünən Ölkə.Az-ın yaydığı bu xəbər günün ən çox oxunan xəbərləri sırasındaydı. Ancaq nəzərə almaq lazımdır ki, müğənninin, sənət adamının tanınmış ailənin qızı ilə ailə qurması, yaxud məşhur ailənin oğluna ərə getməsi halları yetərincə çoxdur.
Mövzuyla bağlı qısa araşdırmamızı təqdim edirik:














