Müğənni Sevda: "12 ev dəyişmişəm"
Müğənni Sevda Əliqızı ailə həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.
Sfera.az xəbər verir ki, sənətçi 7 yaşlı nəvəsi Sevda ilə birlikdə "Qonaqcanlı" verilişinin qonağı olub.
Proqramda oğlu ilə münasibətindən danışan ifaçı onunla eyni evdə yaşamadığını bildirib. Sevda Əliqızı indiyədək 12 dəfə ev dəyişdiyini, bunun bir vaxtlar onun üçün adi haldan çox, marağa çevrildiyini söyləyib.
Müğənninin sözlərinə görə, əvvəllər ev alır, təmir etdirir, zövqünə uyğun şəkildə döşəyir, daha sonra isə sataraq başqa evə köçürdü. Hazırda isə oğlunun məsləhəti ilə aldığı evdə yaşadığını və daha köçmək fikrində olmadığını qeyd edib.
Sevda Əliqızı ailəsinin ona göstərdiyi qayğıdan da razılıqla danışıb. O, oğlunun və gəlininin onunla daim maraqlandığını vurğulayıb:
"Oğlum mənə çox yaxşı baxır. Gəlinim səhər oyanan kimi birinci gəlib halımı soruşur".






