"Səni sabah bu gündən daha çox sevəcəyəm"
Kateqoriya məlum deyil
Türkiyəli məşhur müğənni Doğuşun xanımı, aparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı paylaşımı diqqət çəkib.
Sfera.az xəbər verir ki, o, evliliklərinin 12-ci ildönümü münasibəti ilə ürək sözlərini açıqlayıb:
"12 il, bir eşq, bir ömür və bizə hədiyyə iki gözəl övlad. Həyatın mənə verdiyi ən gözəl şeylərdən biri sən, ən qiymətli xəzinəmiz isə iki oğlumuz. Birlikdə ailə olduq, birlikdə xatirələr yığdıq, birlikdə böyüdük. Bu gün yenə səni seçərdim. Çünki sən sadəcə həyat yoldaşım deyil, həyat dostum və uşaqlarımın anasısan. Yaxşı ki, həyatımdasan, yaxşı ki, ailəmizsən. 12 ilimiz mübarək olsun, sevgilim. Səni dünən sevdiyimdən daha çox, sabah bugündən daha çox sevəcəyəm".






