Logo

Merve Boluğurdan Yunanıstanla bağlı açıqlama: “Golden Visa alırıq”

Merve Boluğurdan Yunanıstanla bağlı açıqlama: “Golden Visa alırıq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Merve Boluğur Yunanıstan vətəndaşlığı alacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, Etilərdə məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran aktrisa Yunanıstana gedərək “Golden Visa” almağı planlaşdırdığını bildirib.

Boluğur jurnalistlərin “Yunanıstan vətəndaşı olursunuz?” sualına gülümsəyərək “Gözəl xəbərdir. Yunanıstana gedirik, Golden Visa alırıq” cavabını verib.

Aktrisa Avropada yeni layihələrdə iştirak etmək ehtimalından da danışıb. O, fərqli ölkələri və mədəniyyətləri tanımağı sevdiyini bildirərək, bu planın qarşısında yeni imkanlar aça biləcəyini qeyd edib.

“Gedəndə baxacağıq. Allah nəyi qismət edərsə, onu yaşayacağıq. Amma gözəl ümidlərimiz var. Bunun mənim üçün daha gözəl qapılar açacağına ürəkdən inanıram”, – Boluğur bildirib.

Prosesin nə vaxt başa çatacağı ilə bağlı suala cavab verən aktrisa sənədləşmə işlərinin qısa müddətdə yekunlaşacağını gözlədiyini deyib.

Qeyd edək ki, “Golden Visa” Yunanıstanda müəyyən investisiya şərtləri əsasında yaşayış icazəsi əldə etməyə imkan verən proqramdır. Bu icazə özlüyündə ölkə vətəndaşlığının alınması demək deyil.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR