Demet Akalın Hülya Avşara sərt cavab verdi
Türkiyəli müğənni Demet Akalın həmkarı Hülya Avşarın miras bölgüsü ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Sfera.az xəbər verir ki, Hülya Avşar media nümayəndələri ilə söhbəti zamanı ailədaxili mübahisələrin qarşısını almaq üçün varlı şəxslərin əmlaklarını sağlığında ədalətli şəkildə bölüşdürməsinin vacibliyini bildirib.
Müğənninin sözlərinə görə, mirasın bir övlada daha çox, digərinə isə daha az verilməsi və ya kiminsə mirasdan tamamilə məhrum edilməsi ailədə ciddi problemlərə səbəb ola bilər. O, bu cür mübahisələrin qarşısını almaq üçün əmlak bölgüsünün əvvəlcədən hüquqi qaydada rəsmiləşdirilməsini təklif edib.
Hülya Avşar qeyd edib ki, vəsiyyətin əvvəlcədən hazırlanması gələcəkdə ailə üzvləri arasında yarana biləcək mübahisələrin qarşısını almağa kömək edə bilər.
Demet Akalın isə həmkarının fikirləri ilə razılaşmadığını bildirib.
Müğənni açıqlamasında “Nə mənasız fikirdir! İstəsəm, sağlığımda verərəm! Mənə "Acsan, yoxsa toxsan?" deyə soruşan olub ki?” sözlərini deyib.
Akalının bu reaksiyası iki məşhur müğənninin miras bölgüsü ilə bağlı fərqli yanaşmalarını gündəmə gətirib.
İradə Elsevər






