Logo

Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Türkan Vəlizadə həmkarı Rəqsanə İsmayılovanın mahnı məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişində qonaq olarkən Rəqsanə xanıma böyük hörmət bəslədiyini deyib. O, illər əvvəl bağlandığını düşündüyü məsələnin yenidən gündəmə gətirilməsini anlamadığını bildirib.

Türkan qeyd edib ki, Rəqsanənin mahnısını popuri şəklində hazırlayaraq "YouTube" platformasında yayımlayıb və bunun üçün bəstəkar Hikmət Aslanovdan icazə alıb. Müğənninin sözlərinə görə, Aysun Rəqsanənin əlaqə nömrəsini əldə edərək onunla danışıb və mahnını ifa etməsinə razılıq verildiyini bildirib.

"Halallıq məsələsinə gəlincə, bu günə qədər heç kimin mahnısını icazəsiz oxumamışam. Mən heç vaxt o tərbiyəsizliyi etmərəm", - deyə Türkan vurğulayıb.

O, öz mahnılarının da başqa sənətçilər tərəfindən popurilərdə ifa edildiyini xatırladıb. Bəzi sənətkarların isə mahnılarının icazəsiz belə səsləndirilməsinə etiraz etmədiklərini söyləyib.

Türkan Vəlizadənin açıqlaması şou-biznesdə mahnı hüquqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR