Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı
Kateqoriya məlum deyil
Türkiyənin sevilən aktyoru Burak Özçivit azərbaycanlı musiqiçinin ifasına biganə qalmayıb.
Sfera.az xəbər verir ki, "Kuruluş Osman" serialının musiqisi kamanın müşayiəti ilə səsləndirilərkən ifaçı Baloğlan Qafarovun sənəti aktyorun diqqətini cəlb edib. İfadan təsirlənən Özçivit ayağa qalxaraq həmin anları mobil telefonunun kamerası ilə qeydə alıb.
Aktyorun bu reaksiyası azərbaycanlı sənətçinin ifasına göstərilən maraq kimi diqqət çəkib.






