Səhv çap olunan “Harri Potter” bu qiymətə satıldı
Kateqoriya məlum deyil
T
“Harri Potter və Fəlsəfə daşı” kitabının nadir ilk nəşri ABŞ-da keçirilən hərracda 400 min dollara satılıb.
Sfera.az xəbər verir ki, “Heritage Auctions” hərrac evində satışa çıxarılan kitab cəmi 500 nüsxədən biridir.
Kitabın dəyərini artıran əsas xüsusiyyətlər çap səhvləridir. Nəşrdə bəzi sözlər təkrar yazılıb, müəllif Coan Roulinqin adı səhv qeyd olunub.
Qeyd edək ki, “Harri Potter” əsərləri əsasında səkkiz film çəkilib. Hazırda "HBO" platforması məşhur qəhrəmanla bağlı serial hazırlayır.






