“Kızılcık şerbeti”ndən çıxarıldı
Kateqoriya məlum deyil
T
Türkiyəli fenomen Cansu Taşkın "Kızılcık Şerbeti" serialının aktyor heyətindən çıxarıldığını açıqlayıb.
Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Taşkın serialda rol almaq üçün başqa bir layihədən imtina etdiyini, lakin sonradan bu seçimindən peşman olduğunu bildirib.
Fenomen başına gələnləri haqsızlıq kimi qiymətləndirərək narazılığını bu sözlərlə ifadə edib:
"Tizerdə göründüyüm gün serialdan çıxarıldım. Birdən-birə mən də bu vəziyyətlə üzləşdim. Qısası, çörəyimlə oynanıldı. Allahın öhdəsinə buraxıram, O hər şeyi bilir və görür".
Qeyd edək ki, Cansu Taşkının serialdan uzaqlaşdırılmasının səbəbi hələlik açıqlanmayıb.






