Məşhur aktrisa: Onu görəndə sevgilimdən ayrıldım

Məşhur aktrisa: Onu görəndə sevgilimdən ayrıldım
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Melis İşiten şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib.

Sfera.az Türkiyə mediasına istinadn xəbər verir ki, aktrisa “Acı Sohbet” adlı YouTube proqramında qonaq olarkən keçmiş həyat yoldaşı, aktyor Uraz Kaygılaroğlu ilə tanışlıq hekayəsini danışıb. O bildirib ki, universitet illərində uzunmüddətli münasibəti olub, lakin zaman keçdikcə bu münasibət vərdişə çevrilib.

Melis İşitenin sözlərinə görə, bir gün kafedə əvvəllər tanımadığı Uraz Kaygılaroğlunu görüb və həmin an ona qarşı fərqli hisslər keçirdiyini anlayıb. Aktrisa elə həmin axşam sevgilisi ilə münasibətini bitirmək qərarına gəlib.

O, həmin dövrdə ortaq dost çevrəsi və alışqanlıqlar səbəbindən ayrılmaqda çətinlik çəkdiklərini bildirib.

Qərarından sonra dostlarının da onunla ünsiyyəti kəsdiyini deyib. İşiten daha sonra Uraz Kaygılaroğlu ilə cəmi bir ay ərzində evləndiklərini və ailə qurduqlarını söyləyib. Cütlüyün Ada adlı qızı 2016-cı ildə dünyaya gəlib.

Onlar 2019-cu ildə boşansalar da, övladlarına görə münasibətlərini qoruyublar.

Fatimə

Sfera.az

Məşhur aktrisa: Onu görəndə sevgilimdən ayrıldım
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR