Rola görə 8 aydır saçlarını boyatmır - FOTO
Nurgül Yeşilçay yeni roluna görə görünüşündə dəyişiklik edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli aktrisa Nurgül Yeşilçay “Ömür Usta” serialında canlandırdığı obraz üçün təxminən 8 aydır saçlarını boyatmır.
Aktrisa bildirib ki, saçlarını təbii saxlamaq qərarını serialın rejissoru Hilal Saralla birlikdə verib. O, obrazın daha real görünməsi üçün makiyajsız kamera qarşısına da keçir.
Yeşilçayın sözlərinə görə, saçlarındakı ağların daha çox nəzərə çarpması onun özünün də diqqətini çəkib. Lakin bu dəyişiklik daimi deyil. Aktrisa layihə başa çatdıqdan sonra saçlarını yenidən boyatdırmağı planlaşdırır.
Qeyd edək ki, Nurgül Yeşilçay “Asmalı Konak”, “Paramparça” və “Gülperi” kimi seriallardakı rolları ilə tanınır. “Ömür Usta” layihəsində aktrisa həyat mübarizəsi aparan qadın obrazını canlandırır.
Fatimə







