Ayrı gəldilər, eyni avtomobildə getdilər - Birlikdədirlər?
Məşhur model Kendall Cenner və aktyor Ceykob Elordi arasında romantik münasibət olması ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 17-də Los-Ancelesdə keçirilən “Academy Museum Gala 2026” tədbirinə ayrı-ayrılıqda qatılan məşhurlar gecənin sonunda eyni avtomobildə görüntüləniblər.
Tədbir zamanı onların yanaşı əyləşərək söhbət etməsi və Elordinin Cenner fotoqraflara poza verərkən onu telefonla çəkməsi də diqqət çəkib.
Xarici maqazin mediasının məlumatına görə, ikili tədbirdən sonrakı məclisi birlikdə tərk edib. Bu hadisə onların münasibəti ilə bağlı şayiələri yenidən gündəmə gətirib.
Bununla belə, Kendall Cenner və Ceykob Elordi münasibətlərinin statusu ilə bağlı rəsmi açıqlama verməyiblər. Onların birlikdə görüntülənməsi romantik münasibət yaşadıqlarını təsdiqləmir.
Fatimə
Sfera.az






